...

Bakıda mağaza sahibi qətlə yetirilib

Hadisə Materials 21 Yanvar 2013 12:33 (UTC +04:00)
Bakıda mağaza sahibi qətlə yetirilib, qatil könüllü polisə təslim olub.
Bakıda mağaza sahibi qətlə yetirilib

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda mağaza sahibi qətlə yetirilib, qatil könüllü polisə təslim olub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 19-da Xətai prospektində yerləşən inşaat mağazasında Bakı şəhər sakinləri Yusif Qarayev şəxsi münasibətlər zəminində mağaza sahibi Fuad İsmayılovu bıçaqla qətlə yetirib.

Daha sonra Qarayev könüllü olaraq Nəsimi RPİ 22-ci PB-yə təslim olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti