Azərbaycan, Bakı, 30 yanvar /Trend/
Sumqayıtda "Mercedes" aşıb, bir nəfər xəsarət alıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşmışdır. Nəticədə, bir nəfər sərnişin deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmışdır.
Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış şəxsiyyəti naməlum olan sərnişini çıxararaq hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil vermişlər.
Sumqayıtda "Mercedes" aşıb, bir nəfər xəsarət alıb
Sumqayıtda "Mercedes" aşıb, bir nəfər xəsarət alıb. Bu barədə FHN-nin rəsmi saytında məlumat verilib.
