Azərbaycan, Bakı, 5 fevral / Trend, müxbir A.Tağıyeva /
Türkiyənin paytaxtı Ankarada gecə klubuna silahlı hücum törədilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Yeni Şafak" qəzeti xəbər yayıb.
Məlumata görə, iki naməlum şəxs klubdakılara atəş açıb. Nəticəsə iki nəfər ağır yaralanıb. Hücum edənlər hadisə yerindən qaçmağa nail olublar.
Yaralıların vəziyyəti son dərəcə ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi qaldırılıb.