...

Gürcüstan-Azərbaycan sərhədində bəyan edilməyən böyük həcmdə yük saxlanılıb

Hadisə Materials 8 Fevral 2013 18:29 (UTC +04:00)
Gürcüstan-Azərbaycan sərhədində, "Qırmızı körpü" nəzarət keçid məntəqəsində ümumi dəyəri 6 977,38 lari (1 dollar=1,66 lari) olan bəyan edilməyən böyük həcmdə yük saxlanılıb.
Gürcüstan-Azərbaycan sərhədində bəyan edilməyən böyük həcmdə yük saxlanılıb

Gürcüstan, Tbilisi, 8 fevral /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstan-Azərbaycan sərhədində, "Qırmızı körpü" nəzarət keçid məntəqəsində ümumi dəyəri 6 977,38 lari (1 dollar=1,66 lari) olan bəyan edilməyən böyük həcmdə yük saxlanılıb.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər xidmətindən Trend-ə verilən məlumata görə, nəzarət keçid məntəqəsində Azərbaycandan Gürcüstana hərəkət edən mikroavtobus saxlanılıb. Mikroavtobus gömrük işçilərində şühbə yaradıb.

Nəqliyyat vasitəsinə baxış keçirilərkən müxtəlif ehtiyat hissələrinin olduğu bir neçə gizli yer aşkarlanıb.

Yükün dəyərini müəyyənləşdirmək üçün müvafiq ekspertiza aparılıb və müəyyən edilib ki, ehtiyat hissələrinin tarif qiyməti 6977,38 laridir.

Yükə həbs qoyulub. İstintaq aparılır. Yükün sahibi haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti