...

Bakıda qəzaya uğramış hərbi helikopterin bütün hissələri sudan çıxarılıb (ƏLAVƏ OLUNUB-5) (FOTO-2)

Hadisə Materials 12 Fevral 2013 13:50 (UTC +04:00)
Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterdə olan üçüncü zabit Yaşar Əhmədovun meyiti tapılıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.
Bakıda qəzaya uğramış hərbi helikopterin bütün hissələri sudan çıxarılıb (ƏLAVƏ OLUNUB-5) (FOTO-2)

Təfərrüatlar əlavə edilib (ilk xəbər saat 08:52-də yayılıb)

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir İ.İzzət/

Bakıda fevralın 11-də qəzaya uğramış hərbi helikopterdə olan üçüncü zabit Yaşar Əhmədovun meyiti tapılıb. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev bildirib.

Trend-in hadisə yerində olan əməkdaşına verilən məlumata görə, xilasedicilər helikopterin əsas hissəsini qaldırmağa nail olublar.

Hərbi mənbənin Trend-ə verdiyi məlumata görə, qəzaya uğrayan hərbi helikopterin "qara qutusu" tapılıb. Bununla bağlı yaradılan xüsusi komissiya qəzanın səbəblərini araşdırır.

Müdafiə Nazirliyindən Trend-ə bildiriblər ki, qəzaya uğramış helikopterin "qara qutusu" tapılıb.

Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, artıq helikopterlərin bütün hissələri sudan çıxarılıb, axtarış tədbirləri başa çatmaq üzrədir.

Əməliyyata xilasedicilər və FHN-in katerləri, həmçinin Müdafiə Nazirliyinin texnikası, təcili tibbi yardım briqadaları cəlb edilib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildiriblər ki, hərbi helikopterin qəzaya uğraması nəticəsində ekipaj üzvləri kapitan Əhmədov Yaşar Mail oğlu, baş leytenant Rüstəmov Rüstəm Gülhüseyn oğlu və leytenant Zeynalov Bəhruz Novruz oğlu həlak olublar.

Hərbi mənbədən Trend-ə bildiriblər ki, Xəzər dənizinə düşən "Mİ-17" markalı helikopter olub.

FHN-in yaydığı məlumata görə, 11.02.2013-cü il saat 10:30 radələrində Qaradağ rayonu ərazisində, sahildən təqribən 300 metr məsafədə Xəzər dənizinə düşmüş helikopterin və heyət üzvlərinin axtarış-xilasetmə əməliyyatına cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin dalğıc xilasediciləri tərəfindən görülmüş tədbirlər nəticəsində helikopterin dənizə düşdüyü yer aşkar olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti