...

Ötən il itkin düşmüş kişinin meyiti tapılıb

Hadisə Materials 12 Fevral 2013 12:45 (UTC +04:00)
Trend Cənub TV-yə istinadən xəbər verir ki, Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində şəhər qəbiristanlığının yaxınlığında böyürtkən kolluğu içərisində naməlum kişi meyiti tapılıb.
Ötən il itkin düşmüş kişinin meyiti tapılıb

Azərbaycan, Bakı, 12 fevral /Trend/

Ötən il itkin düşən kişinin meyiti böyürtkən kolluğundan tapılıb.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, Neftçala rayonunun Mirzə Ələkbər Sabir küçəsində şəhər qəbiristanlığının yaxınlığında böyürtkən kolluğu içərisində naməlum kişi meyiti tapılıb. Hadisə yerinə hüquq-mühafizə orqanları və tibbi eksperiaza əməkdaşları gəlib. Naməlum kişi meyitinin şəxsiyyəti müəyyənləşdirildikdən sonra məlub olub ki, bu, ötən il dekabrın 28-də itkin düşmüş Neftçala şəhər sakini 40 yaşlı Mayis Nazim oğlu Mənəfovdur.

Qonşularının sözlərinə görə, 1 qız atası olan Mais Mənəfov Ələt qəsəbəsindəki depoda işləyirmiş. Qonşular arasında böyük hörməti olub. Tibbi ekspertiza zamanı meyitin üzərində hər hansı bir zorakılıq əlaməti müəyyən edilməyib. Bununla belə, Mayis Məhəfovun öldürülməsi də istisna edilmir. Mərhumun meyiti axşam saatlarında torpağa tapşırılıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti