...

Naxçıvanda iki nəfər DİN-ə avtomatla girib

Hadisə Materials 26 Fevral 2013 14:05 (UTC +04:00)
Ordubad rayon sakinləri tapdıqları silah-sursatı təhvil veriblər.
Naxçıvanda iki nəfər DİN-ə avtomatla girib

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

Ordubad rayon sakinləri tapdıqları silah-sursatı təhvil veriblər.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ordubad rayon sakinləri Alim Babayev və İmran Nağıyev tapdıqları 2 ədəd "AKM" avtomatını, 2 ədəd patron darağını və 20 ədəd patronu könüllü olaraq Naxçıvan Muxtar Respublikası DİN-nə təhvil veriblər.

Ümumiyyətlə, ötən gün ərzində daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti