...

İrandan gələn daha bir Azərbaycan vətəndaşı narkotik maddə ilə yaxalanıb

Hadisə Materials 26 Fevral 2013 15:50 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Famil Şahverdiyevin üzərində şəxsi yoxlama aparılırb.
İrandan gələn daha bir Azərbaycan vətəndaşı narkotik maddə ilə yaxalanıb

Azərbaycan, Bakı, 26 fevral /Trend, müxbir İ.İzzət/

İrandan piyada gələn Azərbaycan vətəndaşının üzərindən metamfetamin və tiryək götürülüb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İran İslam Respublikasından piyada yolla Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Famil Şahverdiyevin üzərində şəxsi yoxlama aparılırb.

Yoxlama zamanı ondan 2 ədəd bükümdə, xalis çəkisi 2,405 qram olan psixotrop maddə - metamfetamin və xalis çəkisi 0,540 qram olan narkotik vasitə - tiryək aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti