Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İzzət/
Yasamal rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 27-də saat 06:50 radələrində Yasamal rayonu ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən Xırdalan şəhər sakini Badam Əbdülova vurulub.
Nəticədə xəsarət almış piyada hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, hadisəni törədən avtomaşının və sürücüsünün axtarışları davam etdirilir.