...

Azərbaycan gömrüyündə İran vətəndaşının üzərindən narkotik vasitə və psixotrop maddə çıxdı

Hadisə Materials 24 Aprel 2013 16:31 (UTC +04:00)
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn İran vətəndaşı Joudı Heragh Alıreza Yaghoub oğlunun üzərində axtarış aparılıb.
Azərbaycan gömrüyündə İran vətəndaşının üzərindən narkotik vasitə və psixotrop maddə çıxdı

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İzzət/

İrandan Azərbaycana narkotik və psixotrop maddələrin keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn İran vətəndaşı Joudı Heragh Alıreza Yaghoub oğlunun üzərində axtarış aparılıb.

Axtarış zamanı ondan gömrük nəzarətinə bəyan etmədiyi - üzərində "Methadone 5 mg" sözləri yazılmış 1 ədəd konvalyutda 10 ədəd və ayrıca 20 ədəd sintetik narkotik vasitə sayılan metadon adlı həb, üzərində "Buprenorphine 2" sözləri yazılmış 1 ədəd konvalyut kəsiyində isə bupronorfin adlı 7 ədəd həb aşkar olunaraq götürülüb.

Qeyd edək ki, sintetik narkotik vasitə sayılan metadon adlı həblər "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin" II Siyahısına daxildir və 30 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,15 qram təşkil edir.

Öz növbəsində, bupronorfin adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılmış psixotrop maddələrin" II Siyahısına daxildir və 7 ədəd həbdə bupronorfinin təsiredici maddəsinin ümumi miqdarı 0,014 qram təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti