Sumqayıtda mənzildə kazino aşkar edildi

Hadisə Materials 25 Aprel 2013 13:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir İ.İzzət/

Qubadlı rayon sakininin icarəyə götürdüyü mənzildə kazino-qumarxana təşkil etdiyi müəyyən olunub.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Sumqayıt şəhəri 3-cü mikrorayonda Qubadlı rayon sakini Şəmil Mikayılovun icarəyə götürdüyü mənzildə kazino-qumarxana təşkil etdiyi müəyyən edilib.

Mənzilə baxış zamanı kazino təşkili üçün 15 ədəd kompyuter dəsti, 1 ədəd modem, uduşa qoyulmuş 280 manat pul və digər əşyalar aşkar edilərək götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti