...

Azərbaycana gələn İran vətəndaşının üzərindən metamfetamin tapılıb

Hadisə Materials 1 May 2013 14:01 (UTC +04:00)
Gömrük postunda İran vətəndaşının üzərindən metamfetamin aşkar edilərək götürülb.
Azərbaycana gələn İran vətəndaşının üzərindən metamfetamin tapılıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir İ.İzzət/

Gömrük postunda İran vətəndaşının üzərindən metamfetamin aşkar edilərək götürülb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşı Rəhmani Gulamrzanın üzərində şəxsi yoxlama aparılıb.

Yoxlama zamanı ondan 1 ədəd bükümdə xalis çəkisi 0,789 qram - "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin" I Siyahısına daxil olan metamfetamin aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti