...

Tanışınızı evə buraxarkən ehtiyatlı olun

Hadisə Materials 4 May 2013 11:22 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 23-də M.Hadi küçəsində yaşayan Zülfiyyə Ağayeva 36-cı PB-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 19-da və 22-də Röyal adlı tanışı onu evində döyüb bıçaqla hədələyərək qızl-zinət əşyaları və 2800 manatını alıb.
Tanışınızı evə buraxarkən ehtiyatlı olun

Azərbaycan, Bakı, 4 may /Trend/

Xətai rayonu ərazisində tanışını evində döyərək oğurluq edən şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, aprelin 23-də M.Hadi küçəsində yaşayan Zülfiyyə Ağayeva 36-cı PB-yə ərizə ilə müraciət edərək bildirib ki, aprelin 19-da və 22-də Röyal adlı tanışı onu evində döyüb bıçaqla hədələyərək qızl-zinət əşyaları və 2800 manatını alıb.

Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən, Saatlı rayon sakini Röyal Məmmədov mayın 3-də yaxalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti