...

Ötən gün 8 nəfər “yol terroru”nun qurbanı olub

Hadisə Materials 16 May 2013 13:10 (UTC +04:00)
Mayın 15-də respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 8 nəfər ölüb.
Ötən gün 8 nəfər “yol terroru”nun qurbanı olub

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir İ.İzzət/

Mayın 15-də respublika ərazisində baş verən yol-nəqliyyat hadisələri zamanı 8 nəfər ölüb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 15 nəfər yaralanıb.

Ümumilikdə ötən gün respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 60 cinayət faktı qeydə alınıb. Onların 35-i "isti izlər"lə, həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılıb.

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən 30 nəfər cinayət törətdiyinə görə tutulub. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti