Azərbaycan, Bakı, 20 may /Trend, müxbir A.Tağıyeva/
Türkiyənin cənubunda yerləşən Kapadokiya şəhərində turizm mərkəzində hava şarı yerə çırpılıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "TRT Haber" telekanalı xəbər yayıb.
Telekanalın məlumatına görə, hava şarının yerə çırpılması nəticəsində ilkin məlumatlara görə, bir nəfər ölüb. 16 nəfər isə yaralanıb. Hazırda turistlərin gəldiyi ölkələr dəqiqləşdirilir.
Bildirlir ki, hava şarının göyərtəsində 25 turist olub.
Hava şarının yerə çırpılmasına səbəb onun 300 metr hündürlükdə digər hava şarı ilə toqquşması olub.