...

Kürdəmirdə külli miqdarda çətənə kolu və marixuana aşkar edilib

Hadisə Materials 30 May 2013 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir İ.İzzət/

Kürdəmirdə çəkisi 31 kiloqram 500 qram olan 167 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, mayın 29-da Baş Narkotiklərlə Mübarizə İdarəsi və Kürdəmir RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Söyüdlər kənd sakini Füzuli Əsgərova məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 31 kiloqram 500 qram olan 167 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

F.Əsgərovun evinə baxış zamanı əlavə 1 kiloqram 25 qram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti