...

Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub

Hadisə Materials 9 İyun 2013 16:30 (UTC +04:00)
Bakı şəhərində hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.
Bakıda yaşayış binasında yanğın baş verib, sakinlər təxliyə olunub

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Bakı şəhərində hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda hündür mərtəbəli yaşayış binasının 6-17-ci mərtəbələr arası şaxta boyu kabellər 33 p.m 6 ədəd elektrik sayğacı və vətəndaşa məxsus ümumi sahəsi 173 kv.m olan 4 otaqlı mənzilin mətbəxində 6 kv. m sahədə əşyalar yanıb.

Yanğın zamanı binanın yuxarı mərtəbələrindən 10 nəfər bina sakini, o cümlədən 1 nəfər azyaşlı yanğınsöndürənlər tərəfindən təxliyə edilib.

Mənzillər və digər mərtəbələrdəki elektrik kabel və sayğaclar yanğından mühafizə olunub.

Xəbər lenti

Xəbər lenti