Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/
Şahbuz rayonunda ekskavatorun işçisi ehtiyatsızlıq nəticəsində maşının kovşu ilə iş yoldaşına xəsarət yetirib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumtına istinadən xəbər verir ki, iyunun 20-də Şahbuz rayonunun Kolanı kəndi ərazisində "Gəmiqaya Yol-Su Enerji" MMC-nin işçisi Əli Məcnunov ekskavatoru təmir edərkən ehtiyatsızlığı nəticəsində iş yoldaşı Natiq Taroyevə ekskavatorun kovşu ilə xəsarət yetirib.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Taroyev iyunun 21-də orada ölüb.