...

Şəkidə iki uşaq anasını ilan sancıb

Hadisə Materials 6 İyul 2013 10:03 (UTC +04:00)
Ötən gün axşam saatlarında Şəkinin Baş Zəyzid kəndində ilansancma hadisəsi baş verib.
Şəkidə iki uşaq anasını ilan sancıb

Azərbaycan, Bakı, 6 iyul / Trend, S.Əhmədova/

Ötən gün axşam saatlarında Şəkinin Baş Zəyzid kəndində ilansancma hadisəsi baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, kənd sakini Sıracəddinova Günel İmran qızını ayağından ilan vurub. Hadisə zərərçəkən həyətlərində moruq dənləyərkən oğlunun gözü qarşısında baş verib. İlan sancan kimi zərərçəkən yaxınları tərəfindən Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, xəstəyə dərhal ilan zəhəri əleyhinə zərdab vurulub və xəstə reanimasiya şöbəsinə yerləşdirilib.

Xəstənin 4-5 gün müalicədən sonra evlərinə buraxılacağı bildirilib.

Qeyd edək ki, zərəçəkənin 2 azyaşlı uşağı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti