Azərbaycan, Bakı, 8 iyul /Trend/
Xəzərdə batan şəxsin axtarışlarına başlanılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərinda, ("Corat" sularda xilasetmə məntəqəsindən təxminən 3 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə 1 nəfər batıb.
Dərhal FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. Əlavə məlumat veriləcək.