...

Bakıda "KamAZ" aşıb, sürücü ölüb

Hadisə Materials 13 İyul 2013 12:46 (UTC +04:00)
Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
Bakıda "KamAZ" aşıb, sürücü ölüb

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İ.İzzət/

Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 12-də saat 18.10 radələrində Qaradağ rayonu Səngəçal qəsəbəsinin ərazisində Tovuz rayon sakini Nemət Paşayev idarə etdiyi "KamAZ" markalı avtomaşını aşırıb.

Nəticədə Paşayev hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Pol İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti