Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İzzət/
Bakı şəhər sakininin cibindən pulunu oğurlamış Gürcüstan vətəndaşı tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Bakı şəhər sakini Vahid Dünyamalıyevin cibindən 1100 manat pulunu oğurlamış Gürcüstan vətəndaşı Novruz Sədiyev tutulub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.