...

Rusiya vətəndaşı Bakıda boğuldu

Hadisə Materials 22 İyul 2013 15:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İ.İzzət/

Rusiya vətəndaşı və Bakı sakini dənizdə çimərkən boğulublar.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyulun 21-də Xəzər rayonu, Şüvəlan qəsəbəsinin dəniz çimərliyində Rusiya Federasiyası vətəndaşı İnna Lukyaçenko və Bakı şəhər sakini İslam Bəşirov çimərkən suda boğulublar.

Lukyaçenkonun meyiti sudan çıxarılıb, Bəşirovun isə meyitinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti