...

Antalyada hoteldə yanğın olub

Hadisə Materials 25 İyul 2013 15:31 (UTC +04:00)
Türkiyənin Antalya vilayətinin Manavqat rayonundakı beşulduzlu hotellərin birində yanğın baş verib.
Antalyada hoteldə yanğın olub

Azərbaycan, Bakı, 25 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Antalya vilayətinin Manavqat rayonundakı beşulduzlu hotellərin birində yanğın baş verib. Trend-in "Hürriyyət" qəzetinə istinadən verdiyi məlumata görə, yanğın dünən yerli vaxtla saat 23:00-da başlayıb.

Yanğın başlayan zaman hoteldə 1500 turist olub. Məlumata görə, qısa müddət ərzində yanğını söndürmək mümkün olub. Bütün turistlər təxliyyə edilərək digər hotellərə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğına qısa qapanma səbəb olub. Yoxlamadan sonra hotelin iki gündən sonra istifadəyə veriləcəyi gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti