...

Bakıda və Sumqayıtda internetlə qanunsuz qumar oyunlarının qarşısı alınıb

Hadisə Materials 20 Avqust 2013 16:39 (UTC +04:00)
Bakıda və Sumqayıtda qanunsuz olaraq internetdə “online” qumar oyunları təşkil edilməsinin qarşısı alınıb.
Bakıda və Sumqayıtda internetlə qanunsuz qumar oyunlarının qarşısı alınıb

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir İ.İzzət/

Bakıda və Sumqayıtda qanunsuz olaraq internetdə "online" qumar oyunları təşkil edilməsinin qarşısı alınıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Nizami küçəsi, ev 31-in zirzəmisində Qəbələ rayon sakini Ruslan Nəhmətovun qanunsuz "online" qumar oyunları təşkil etməsi müəyyən edilib.

Oraya baxış zamanı 10 ədəd kompyuter dəsti, 1 ədəd modem və 60 manat pul aşkar edilərək götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Azərbaycan prospekti, 4-cü məhəllə, ev 14/19-da şəhər sakinləri Kamandar Nərimanovun, Aydın Əliyevin, Elman Kərimzadənin, İsmayıl Tağıyevin və Daşqın Hümbətovun "online" kazino-qumar oyunları təşkil etdikləri müəyyən edilib.

Oraya baxış zamanı 11 ədəd kompyuter dəsti, 1 ədəd qeydiyyat dəftəri və 96 manat pul aşkar edilərək götürülüb.

Hər iki faktla əlaqədar cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti