Azərbaycan, Bakı, 1 sentyabr /Trend/
Bakı-Astara yolunda iki avtomobil toqquşub, ölən var.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı-Astara yolunun 120-ci kilometrliyində "VAZ" markalı minik avtomobili və "KAMAZ" markalı yük avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib.
Nəticədə "VAZ" markalı minik avtomobilinin sürücüsü aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.
Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiya uğramış minik avtomobilindən meyiti çıxararaq aidiyyətı üzrə təhvil veriblər.