...

Şəkisayağı qəza: atla avtomobil toqquşub

Hadisə Materials 4 Sentyabr 2013 13:14 (UTC +04:00)
Şəkidə qeyri-adi qəza baş verib.
Şəkisayağı qəza: atla avtomobil toqquşub

Azərbaycan, Bakı, 4 sentyabr /Trend, müxbir İ.İzzət/

Şəkidə qeyri-adi qəza baş verib.

Trend Kanal S-ə istinadən xəbər verir ki, bu gün səhər saat 10:00 radələrində Fuad Abdulrahmanov küçəsində yol qəzası baş verib. Maraqlısı budur ki, bu dəfə avtomobillə at toqquşub.

Rayonun Kiş kənd sakini Xəlilov Əfqan Bayram oğlu idarə etdiyi "10-NZ-968" nömrəli "VAZ- 2107" markalı avtomobillə hərəkətdə olarkən Abdulkərimov Taleh Cahangir oğlu üstündə olduğu atla avtomobilin yoluna çıxıb. Zərbənin təsirindən Taleh Abdulkərimov əvvəlcə avtomobilin üstünə, daha sonra isə yerə düşüb.

Avtomobil isə yoldan çıxaraq səkiyə dəyib. Xoşbəxtlikdən sürücü və avtomobildə olan üç sərnişin xəsarət almayıb.

Atın sahibi isə Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çatdırılıb. Hadisə nəticəsində ata heç nə olmayıb, lakin avtomobilə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti