Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir İ.İzzət/
Bakının Sabunçu rayonunda 38 yaşlı qadın intihar edib.
Sabunçu Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, sentyabrın 26-da saat 7:30 radələrində 1975-ci təvəllüdlü Musayeva Fərəh Adil qızı yaşadığı Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Gənclik küçəsi, ev 29, mənzil 241 ünvanında özünü turnikdən iplə asaraq intihar edib.
Fərəh Musayevanın hansı səbəbdən intihara əl atdığı hələlik məlum deyil.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.