...

Sürətli "Toyota Camry"nin idarəolunmaz halı (VİDEO)

Hadisə Materials 1 Oktyabr 2013 15:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakıda minik avtomobili yolda idarəetməni itirərək "cip"ə və yük avtomaşınına çırpılıb.

Trend xəbər verir ki, Bakıda şəhərətrafı küçələrin birində sürətlə hərəkət edən "Toyota Camry" markalı minik avtomobili idarəetməni itirərək yolun kənarında dayanmış "KlA Sportage" markalı "cip"ə, daha sonra isə ondan təxminən 5 metr aralıda dayanmış "QAZel" markalı yük avtomaşınına çırpılaraq hər ikisini təxminən 90 dərəcə yerindən tərpədib.

Hadisə zamanı "Toyota" markalı avtomobilin ön hissəsi sıradan çıxıb, digər avtomobillərə də ziyan dəyib.

Trend həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, bu ilin 8 ayı ərzində baş verən yol qəza hadisələrinin 51 faizi sürət həddinin aşılması, 47 faizi piyadaların vurulması, 26 faizi əhali arasında qoşa xətt kimi tanınan üfüqi nişanlanma xəttinin tələbini pozub əks istiqamətli yol zolağına daxilolma, ötmə və ya manevretmə qaydalarının, 18 faiz isə yolayrıcıları keçmə qaydalarının pozulması ilə bağlı olub.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti