...

Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdə qanunsuz rabitə vasitəsi aşkarlanıb

Hadisə Materials 2 Oktyabr 2013 10:15 (UTC +04:00)
Bakı İstintaq təcridxanasında mobil telefon aşkar edilərək götürülüb.
Bakı İstintaq təcridxanasında saxlanılan şəxsdə qanunsuz rabitə vasitəsi aşkarlanıb

Azərbaycan, Bakı, 2 oktyabr /Trend, müxbir İ.İzzət/

Bakı İstintaq təcridxanasında mobil telefon aşkar edilərək götürülüb.

Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 1-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan Alim Malik oğlu Quliyevin kamerasına baxış keçirilib. Baxış zamanı onun əynində olan şalvarın sağ yan cibindən daxilində "Sim" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.

Qeyd edək ki, 1986-cı il təvəllüdlü Alim Quliyev Cinayət Məcəlləsinin 177.2.1 (Oğurluq; qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə); 177.2.3 (Oğurluq; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə); 177.2.4 (Oğurluq; xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində saxlanılır.

Hazırda A.Quliyevin mobil telefonu necə və hansı məqsədlə əldə etməsinə dair fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti