...

Qazaxda qadın həmkəndlisinin avtomobili altına düşərək ölüb

Hadisə Materials 8 Oktyabr 2013 12:32 (UTC +04:00)
Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qazax rayonu Daş Salahlı kənd sakini Bəsti Nəsibova ölüb.
Qazaxda qadın həmkəndlisinin avtomobili altına düşərək ölüb

Azərbaycan, Bakı, 8 oktyabr /Trend, müxbir İ.İzzət/

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Qazax rayonu Daş Salahlı kənd sakini Bəsti Nəsibova ölüb.

Trend Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, oktyabrın 7-də saat 08.00 radələrində Qazax rayonu Daş Salahlı kənd sakini Elçin Əliyev idarə etdiyi "VAZ-2107" markalı avtomaşınla yolu keçən həmkəndlisi Bəsti Nəsibovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada Bəsti Nəsibova orada ölüb.

Faktla əlaqədar Qazax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti