...

Bakıdakı həbsxanada məhkumun üzərində qanunsuz rabitə vasitəsi aşkar edilib

Hadisə Materials 10 Oktyabr 2013 17:18 (UTC +04:00)
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində mobil telefon aşkar edilərək götürülüb.
Bakıdakı həbsxanada məhkumun üzərində qanunsuz rabitə vasitəsi aşkar edilib

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir İ.İzzət/

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsində mobil telefon aşkar edilərək götürülüb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 10-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Xəyal İspəndiyar oğlu Qəmbərovun üzərinə baxış keçirilib. Baxış zamanı onun şalvarının sağ cibindən daxilində "Sim" danışıq kartı olan bir ədəd qara rəngli "Nokia-C2" markalı mobil telefon aparatı və ayrılıqda bir ədəd "Nar" danışıq kartı aşkar edilərək götürülüb.

Qedy edək ki, 1982-ci il təvəllüdlü Xəyal Qəmbərov Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti