...

Gəncə sakini spirtli içkidən ölüb

Hadisə Materials 30 Oktyabr 2013 19:58 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşan, Kəlbəcərdən olan məcburi köçkün, 40 yaşlı Şahin Tağıyev Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.
Gəncə sakini spirtli içkidən ölüb

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Gəncədə ölüm hadisəsi baş verib.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında məskunlaşan, Kəlbəcərdən olan məcburi köçkün, 40 yaşlı Şahin Tağıyev Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında dünyasını dəyişib.

Gəncə Şəhər Prokurorluğundan bildirilib ki, Ş.Tağıyev həddindən artıq alkoqol qəbul etdikdən sonra səhhəti pisləşib. Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Ş.Tağıyevin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. Yekun rəy məhkəmə tibb-ekspertizasından sonra məlum olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti