...

Səudiyyə Ərəbistanında həbsxanada güclü yanğın olub

Hadisə Materials 3 Noyabr 2013 07:55 (UTC +04:00)
Səudiyyə Ərəbistanındakı həbsxanalardan birində atəş səsləri və qarışıqlıqla müşayiət olunan güclü yanğın baş verib.
Səudiyyə Ərəbistanında həbsxanada güclü yanğın olub

Azərbaycan, Bakı, 3 noyabr /Trend/

Səudiyyə Ərəbistanındakı həbsxanalardan birində atəş səsləri və qarışıqlıqla müşayiət olunan güclü yanğın baş verib. Bu barədə Trend BBC-yə istinadən məlumat verir.

Sosial şəbəkələrdə hadisə yerindən fotolar yayılıb. Fotolarda Bureydə şəhərində yerləşən həbsxana binasından qalxan güclü tüstü əks olunub.

Polis genişmiqyaslı xüsusi əməliyyata başlayıb. Lakin Səudiyyə Ərəbistanı hakimiyyəti hadisə haqqında heç bir məlumat vermir.

Yerli KİV-in məlumatına görə, yanğın eyni vaxtda üç kamerada baş verib.

Qeyd edək ki, bu il Bureydədə məhkəmə qərarı və istintaq olmadan terrorizmdə ittiham olunaraq həbs edilənlərin qohumlarının iştirakı ilə bir neçə dəfə etiraz aksiyası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti