...

Gəncədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib

Hadisə Materials 17 Noyabr 2013 18:28 (UTC +04:00)
Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə şəhərində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.
Gəncədə zəncirvari yol nəqliyyat hadisəsi baş verib

Azərbaycan, Bakı, 17 noyabr /Trend/

Trend-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə şəhərində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Nizami prospektində qeydə alınıb.

Belə ki, Gədəbəy rayon sakini 33 yaşlı Vidadi İsayevin idarə etdiyi "VAZ 2107" markalı avtomobillə şəhər sakini Anar Paşayevin idarə etdiyi "VAZ 2106" markalı minik maşını toqquşub.

Zərbənin gücündən "VAZ 2106" markalı avtomobil yolun kənarında dayan "Daewoo" markalı avtomobilə dəyib. Nəticədə hər 3 avtomobil yararsız hala düşüb. Qəza zamanı "VAZ 2106"-nın sürücüsü Anar Paşayev müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım birqadası yaralıya yardım göstərib.

Faktla bağlı Gəncə polisi araşdırma aparır.

İlkin ehtimallara görə, qəzaya yüksək sürət səbəb olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti