Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir T.Cəfərov/
Bu gün səhər İranın Şərqi Azərbaycan və Ərdəbil əyalətlərində zəlzələ baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
Məlumata əsasən, zəlzələnin gücü Rixter cədvəli üzrə 4 bal olub.
Yeraltı təkanlar yerli vaxtla səhər saat 08:02-də qeydə alınıb.
Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.