...

Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 29 Noyabr 2013 21:21 (UTC +04:00)
Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb.
Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində mənzildə bağlı qapı arxasında 1 nəfər köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstədir və giriş qapısını içəridən intihar etmək məqsədilə bağlayıb.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə bayır tərəfdən açıblar.

İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti