...

İstintaq təcridxanasında toyuq ətindən hazırlanmış yeməyin içindən telefon çıxdı

Hadisə Materials 30 Noyabr 2013 16:46 (UTC +04:00)
Penitensiar Xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
İstintaq təcridxanasında toyuq ətindən hazırlanmış yeməyin içindən telefon çıxdı

Azərbaycan, Bakı, 30 noyabr /Trend/

Penitensiar Xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan edilmiş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, noyabrın 30-da həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.2; 233; 315.2 maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Şükran Fətulla oğlu Mühübəliyevin etapla müəssisəyə daxil olan zaman üzərinə və əşyalarına baxış keçirilib.

Baxış zamanı plastik kapron qabda olan toyuq ətindən hazırlanmış yeməyin içərisində, ağ politen sellofana bükülərək gizlədilmiş bir ədəd "Nokia-2690" markalı mobil telefon aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti