Azərbaycan, Bakı, 2 yanvar/Trend/
Hindistanın Maxaraştra ştatında avtobusun dərəyə yuvarlanması nəticəsində ən azı 27 nəfər ölüb.
Trend-in cümə axşamı İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qəza, həmçinin 10-dan artıq insanın xəsarət almasına səbəb olub.
Məlumata görə, ölənlərin 19-u qadındır. Hadisə nəticəsində sağ qalmış sürücü həbs edilib.
Onun ötmə əməliyyatı zamanı sürət həddini aşdığı bildirilir. Xəsarət alanlardan üçünün vəziyyəti kritikdir.