...

Kabildə Türkiyə səfirliyinin yaxınlığında partlayış: 21 ölü

Hadisə Materials 18 Yanvar 2014 19:40 (UTC +04:00)
Əfqanıstanın paytaxtı Kabildə restoranın qarşısında baş vermiş partlayış nəticəsində 21 nəfər həlak olub.
Kabildə Türkiyə səfirliyinin yaxınlığında partlayış: 21 ölü

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Əfqanıstanın paytaxtı Kabildə restoranın qarşısında baş vermiş partlayış nəticəsində 21 nəfər həlak olub. Bu barədə Trend Türkiyənin "Sabah" qəzetinə istinadən məlumat verir.

Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə səfirliyinin də yerləşdiyi küçədə törədilən hücumu kəskin pislədiyini qeyd edib.

Terrorçu-intiharçının özünü partlatması nəticəsində aralarında Kanada, Rusiya və Livan vətəndaşları olmaqla 13 əcnəbinin, həmçinin 8 Əfqanıstan vətəndaşının öldüyü, 2 əfqanın xəsarət aldığı bildirilir.

"Taliban"ın sözçüsü Zəbihullah Mücahid terror aktının "Taliban" "fədailəri" tərəfindən törədildiyini, hədəfin restorandakı diplomatlar və əcnəbi işçilər olduğunu söyləyib.

Xəbər lenti

Xəbər lenti