...

Ağsuda və Gəncədə silah-sursat tapılıb

Hadisə Materials 4 Mart 2014 12:36 (UTC +04:00)
Ağsu və Gəncədə silah-sursat tapılıb.
Ağsuda və Gəncədə silah-sursat tapılıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir E.Mehdiyev/

Ağsu və Gəncədə silah-sursat tapılıb.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşları tərəfindən Gürcüvan kəndinin ərazisindən 1 ədəd "AKM" və 1 ədəd "AKS" silahları, 1 ədəd tank əleyhinə mərmi, 314 ədəd müxtəlif çaplı patron və 8 ədəd patron darağı tapılıb.

Nizami RPİ (Gəncə) əməkdaşları tərəfindən isə Gəncə şəhərinin ərazisindən 1 ədəd nömrəsi silinmiş "Makarov" markalı tapança və 9 ədəd patron tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti