Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İzzət/
Bakıda qardaşlar bıçaqlandı, onlardan biri öldü.
Xəzər Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə martın 18-nə keçən gecə saat 01:00 radələrində "Atçılıq" yaşayış sahəsində qeydə alınıb.
Bakı şəhər sakini Nazim Mirzəəlizadə mübahisə zəminində Elşən və Samir Orucov qardaşlarını bıçaqlayıb. E.Orucov xəstəxanaya aparılarkən aldığı xəsarətdən yolda keçinib. S.Orucov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisəni törədən N.Mirzəəlizadə saxlanılıb.
Faktla bağlı Xəzər Rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.