...

Bakıda avtomobil oğruları tutulub

Hadisə Materials 27 Mart 2014 11:15 (UTC +04:00)
Bakıda avtomobil oğurlamış dəstə yaxalanıb.
Bakıda avtomobil oğruları tutulub

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobil oğurlamış dəstə yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-nə keçən gecə Lökbatan qəsəbəsində yaşayan Şəadət Əsgərova məxsus "VAZ-2106" markalı avtomobil qaçırılıb.

Qaradağ Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi və 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, avtomobili qaçıran Bakı şəhər sakinləri Məmməd Əzimov, Nadir Dadaşov və Kərim Məcidov tutulublar. Avtomobil martın 26-da Əmircan qəsəbəsi Cəfər Cabbarlı küçəsində saz vəziyyətdə tapılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti