...

Bakıda quldurluq edən Gürcüstan vətəndaşları tutulub

Hadisə Materials 1 Aprel 2014 12:22 (UTC +04:00)
Bakıda quldurluq edən iki Gürcüstan vətəndaşı tutulub.
Bakıda quldurluq edən Gürcüstan vətəndaşları tutulub

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir İ.İzzət/

Bakıda quldurluq edən iki Gürcüstan vətəndaşı tutulub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, ötən gün Bakının Nizami rayonunda şəxsiyyəti məlum olmayan iki nəfər Bakı şəhər sakini Natella Rəhimovaya zor tətbiq edərək 95 manat pulunu alıb.

Çevik Polis Alayı və Nizami rayon Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qadına qarşı quldurluq əməli törədən Gürcüstan vətəndaşları - Kakutia Paata və Kakutia Yaşa tutulub.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti