Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/
Sabunçu rayon sakini arvadına bıçaqla xəsarət yetirdikdən sonra özünü asıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 22-də Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayan Zaur Mirzəyev evində münaqişə zəminində arvadı Təhminə Abdullayevaya bıçaqla xəsarət yetirib. Bundan sonra o, həyətdəki ağacdan özünü asıb.
Təhminə Abdullayeva xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.