...

DİN: Bakı sakinindən 3 kq-dan çox heroin aşkar edilərək götürülüb

Hadisə Materials 2 İyun 2014 14:38 (UTC +04:00)
Qobustan qəsəbə sakininin yardımçı təsərrüfatından 3,14 kq heroin aşkar edilərək götürülüb.
DİN: Bakı sakinindən 3 kq-dan çox heroin aşkar edilərək götürülüb

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İ.İzzət/

Qobustan qəsəbə sakininin yardımçı təsərrüfatından 3,14 kq heroin aşkar edilərək götürülüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu, Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Quliyevin həyətindəki yardımçı təsərrüfatdan 3 kiloqram 140 qram heroin aşkar edilərək götürülüb.

Narkotik vasitəni ona satmış "Hyundai" markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Ədalət Sadıqov tutulub. Tutulan zaman ondan 5,996 qram, avtomobildən isə 8,909 qram heroin aşkar edilərək götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti