Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İ.İzzət/
Astarada uşaq xəstəxananın mazut çəninə düşüb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Astara rayon mərkəzi xəstəxanasının ərazisində mazut çəninə azyaşlının düşməsi haqqında məlumat daxıl olub.
Yanğınsöndürənlər hadisə yerinə gələrək əvəllər qazanxana kimi istifadə olunmuş, hazırda üstü torpaqla örtülmüş mazut çəninə düşən azyaşlını müxtəlif avadanlıqlardan istifadə olunmaqla çıxararaq valideynlərinə təhvil veriblər.