Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir İ.İzzət/
Bakıda 2 saylı cəzaçəkmə müəssisəsində narkotik vasitə aşkar edilərək götürülüb.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmət əməkdaşları tərəfindən 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Gündüz Çingiz oğlu Abışovun üzərinə baxış keçirilib. Baxış zamanı əlinin içində gizlədilmiş, siqaret kağızına bükülmüş, xalis çəkisi 0,205 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Qeyd edək ki, G.Abışov Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə əsasən azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.