...

Türkiyədə gəmi batıb

Hadisə Materials 20 İyun 2014 15:55 (UTC +04:00)
Türkiyənin Aralıq dənizinin sahillərində Muğla vilayətində inşaat materialları daşıyan gəmi batıb.
Türkiyədə gəmi batıb

Azərbaycan, Bakı, 20 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin Aralıq dənizinin sahillərində Muğla vilayətində inşaat materialları daşıyan gəmi batıb. Trend-in məlumatına görə, bu barədə cümə günü "Anadolu" agentliyi xəbər yayıb.

Agentliyin məlumatına görə, batan gəmi Türkiyəyə məxsusdur. O da bildirilir ki, gəminin batmasına səbəb həddindən artıq yüklənmə olub.

Məlumata görə, gəminin heyəti xilas edilib. Ekipajın sayı barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti