...

Bakıda Kürdəmir sakinini bıçaqlayan 18 yaşlı naxçıvanlı tutulub

Hadisə Materials 9 İyul 2014 10:36 (UTC +04:00)
Bakıda Kürdəmir sakinini bıçaqlayan 18 yaşlı naxçıvanlı tutulub.
Bakıda Kürdəmir sakinini bıçaqlayan 18 yaşlı naxçıvanlı tutulub

Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir İlkin İzzət/

Bakıda Kürdəmir sakinini bıçaqlayan 18 yaşlı naxçıvanlı tutulub.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 6-da Ə.Əliyev küçəsində naməlum şəxs Kürdəmir rayon sakini, 1994-cü il təvəllüdlü Zakir Hüseynovun bud nahiyyəsinə bıçaqla xəsarət yetirib.

Nərimanov Rayon Polis İdarəsi Cinayət-Axtarış Şöbəsi, Post Patrul Xidməti Bölməsi və 17-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayətdə şübhəli bilinən Naxçıvan Muxtar Respublikası Şərur rayon sakini 1996-cı il təvəllüdlü Vüsal Əliyev tutulub.

Faktla bağlı cinyaət işi başlanıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti